Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 04:30
Ürək üçün ən faydalı məhsul qozdur.
Sonxeber.net xəbər verir ki, bu barədə Harvard Xalq Sağlamlığı Məktəbinin tibb elmləri doktoru Marta Guaş Ferre "Lavanguardia" portalına məlumat verib. Mütəxəssisin fikrincə, bu məhsulun tərkibi digər çərəzlərdən fərqli olaraq daha çox alfa-linolenik turşu ehtiva edir. "Müxtəlif araşdırmalar qozun lipid profilini yaxşılaşdıraraq ürək xəstəliklərindən qoruya biləcəyini göstərib", - deyə ekspert əlavə edib.
Bundan əlavə, mütəxəssis məhsulun antioksidant və iltihab əleyhinə xüsusiyyətlərini də vurğulayıb.
Bundan əvvəl Yunanıstanın Arokopio Universitetinin alimləri tərkibində D vitamini olan qidaların ürəyə qoruyucu təsir göstərə biləcəyini bildirmişdi. D vitamini çatışmazlığı kişilərin 12-24, qadınların isə 10-14 faizində ürək-damar hadisələri (infarkt və insult) yaradır. (publika.az)