Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” istifadəçilərə “Excel”də makroslardan imtina etməyi tövsiyə edir

“Microsoft” istifadəçilərə “Excel”də makroslardan imtina etməyi tövsiyə edir

Tarix: 27 Iyun 2019 09:56

“Microsoft” şirkətinin nümayəndələri “Excel” vasitəsilə zərərverici proqramların yayılmasını etiraf edib. Şirkət öz istifadəçilərinə makrosları deaktiv etməyi və onlardan istifadə etməməyi tövsiyə edir. Şirkətin nümayəndələrinin sözlərinə görə, cinayətkarlar tərəfindən yayılan spam troyan virusunun quraşdırılması üçün “Office” proqramındakı boşluqlardan istifadə edir. Söhbət “Excel” proqramında zərərverici makroslardan istifadə edilməsindən gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən məlumat verir ki, “Trend Micro's” nəşri yazır ki, yalnız ötən həftə “FlawedAmmyy” troyanı “Excel” ofis proqramında makrosların köməyi ilə Çili, Meksika, Çin, Cənubi Koreya və Tayvanda işə salınıb.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft istifadəçilərə Exceldə makroslardan imtina etməyi tövsiyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ