Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabahdan “Dərs vaxtı” proqramının yayımına start verilir - VİDEO

Sabahdan “Dərs vaxtı” proqramının yayımına start verilir - VİDEO

Tarix: 31 Avqust 2020 15:26

Sentyabrın 1-dən "Mədəniyyət" telekanalında "Dərs vaxtı" proqramının yayımına start verilir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həftənin beş günü məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq. Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri sizinlə əvvəlcədən paylaşılacaq.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist...) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Milli.Az


Etiketlər:  Sabahdan Dərs vaxtı proqramının yayımına start verilir VİDEO


RƏYLƏR