Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonlar bazarının rüblük həcmi 20 faiz azalıb

Smartfonlar bazarının rüblük həcmi 20 faiz azalıb

Tarix: 1 Sentyabr 2020 07:44

"Gartner" analitik şirkətinin mütəxəssisləri smartfonlar bazarında 2020-ci ilin ikinci rübünə yekun vurublar. Onların sözlərinə görə, "COVID-19" pandemiyası bazarın həcminə təsir etdiyindən illik hesablamada 20,4 faizlik azalma qeydə alınıb. Rüb ərzində ümumilikdə 295 milyon qurğu tədarük edilib.  
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ən böyük tədarükçülər arasında daha çox ziyan smartfon satışı 75,1 milyondan 54,8 milyon ədədədək (27,1 faiz) azalan "Samsung" şirkətinə dəyib. Bu, Cənubi Koreya istehsalçısının payının 20,3 faizdən 18,6 faizədək enməsinə səbəb olub.  
 
Maraqlıdır ki, ikinci yeri tutan və ABŞ tərəfindən təzyiqlərə məruz qalan "Huawei" şirkətinin smartfonlarının satışı 6,8 faiz azalıb. Bu, Çin istehsalçısına il ərzində 15,7 faizdən 18,4 faizədək artan bazar payına görə "Samsung" şirkətinə yaxınlaşmağa imkan verib.
 
Üçüncü pillədə satış həcmi 0,4 faiz azalan "Apple" şirkəti qərarlaşıb. Onun payı il ərzində 10,4 faizdən 13 faizədək artıb.
 
İlk beşliyə, həmçinin "Xiaomi" və "Oppo" daxildir. Birinci şirkətin satış həcmi 21,5 faiz azalıb və hazırda bazarda 8,9 faiz paya sahibdir, ikinci isə 15,9 faiz azalaraq 8,0 faiz bazar payına malikdir. Bundan başqa, digər bazar iştirakçılarının ümumi payı il ərzində 37,1 faizdən 33,2 faizədək azalıb.

Milli.Az


Etiketlər:  Smartfonlar bazarının rüblük həcmi faiz azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ