Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər ürək xəstəliklərində teletəbabətin effektivliyini sübut ediblər

Alimlər ürək xəstəliklərində teletəbabətin effektivliyini sübut ediblər

Tarix: 2 Sentyabr 2020 23:06

Amerika alimlərinin tədqiqatlarının nəticələri göstərdi ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlər telemonitorinq proqramına qoşulandan sonra onların səhhətində problem və ağır vəziyyət əvvəlcədən planlaşdırılmış şəkildə həkimin yanına gedənlərlə müqayisədə iki dəfə az müşahidə edilib. Tədqiqatın nəticələri "Hypertension" jurnalında dərc edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat "HealthPartners" tibbi telemonitorinq testləşdirməsi çərçivəsində Minnesota ştatının 16 klinikasında aparılıb. Araşdırma zamanı qan təzyiqi idarəolunmaz olan 450 nəfər təsadüfi seçim əsasında iki qrupa bölünüb. Birinci qrupda 222 pasiyent beş il ərzində planlı şəkildə ilkin tibbi yardım alıb. İkinci qrupda 228 pasiyent həkimin yanına planlaşdırılmış qayda üzrə getməklə yanaşı, evdə qan təzyiqini müntəzəm ölçərək nəticələri elektron formada əczaçıya göndərib. Əczaçı müalicədə düzəliş edərək həyat tərzini dəyişmək istiqamətində tövsiyələr verib.

Tədqiqatçılar 6, 12, 18 aydan və 5 ildən sonra ürək-damar xəstəlikləri ilə bağlı ürəktutması, insult və infarkt, koronar stent, xəstəxanaya yerləşdirmə və ya ölüm halları barədə statistikasını toplayıblar. Nəticələr göstərib ki, ikinci qrupdakı pasiyentlərdə ciddi ürək-damar xəstəlikləri hadisəsi 5,3 faiz təşkil edib. Planlı şəkildə tibbi yardım alanlarda bu hal 10,4 faiz olub.

Distant monitorinq qrupunda müşahidələr zamanı 10 pasiyentdə 15 ciddi ürək-damar hadisəsi baş verib: ölümlə nəticələnməyən beş ürəktutması və dörd insult, ürək çatışmazlığı ilə bağlı xəstəxanaya beş yertləşdirmə halı və ürək-damar xəstəliklərindən bir ölüm faktı, habelə iki stent qoyulması.

Plan üzrə tibbi yardım alan qrupda 19 pasiyentdə 26 ciddi hadisə qeydə alınıb: ölümcül olmayan 11 ürəktutması və 12 insult, ürək çatışmazlığı ilə xəstəxanaya 3 yerləşdirmə halı, habelə 10 stent qoyulması.

Tədqiqatçıların fikrincə, distant xidmət göstərilən pasiyentlər professional dəstəkdən, tez bir zamanda əks-əlaqə qurulmasından, müalicədə dəyişiklik aparılmasından, müraciət etdikləri tibb işçilərindən razı qalıblar. Beş il ərzində ciddi ürək-damar hadisələrinin qarşısını almaqla əhəmiyyətli dərəcədə qənaət təmin edilib: hər xəstə üçün təxminən 1900 dollar.

Belə nəticələrə əsaslanan alimlər distant monitorinq modelinin geniş tətbiq olunmasını tövsiyə edirlər ki, bu da səhiyyədə ciddi ürək-damar hadisələrinin sayını azaltmağa imkan yaradar.

Tədqiqatçılar daha böyük müddət ərzində ürək-damar xəstəliklərinin risk amillərini müəyyənləşdirmək məqsədilə müşahidələri davam etdirməyi planlaşdırırlar.


Etiketlər:  Alimlər ürək xəstəliklərində teletəbabətin effektivliyini sübut ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ