Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''nın prezidenti korrupsiyada ittiham edildi

''Barselona''nın prezidenti korrupsiyada ittiham edildi

Tarix: 4 Sentyabr 2020 11:48

"Barselona"nın prezidenti Xosep Bartomeu korrupsiyada ittiham olunur.

Qol.az  "El Mundo" nəşrinə istinadən xəbər verir ki, funksionerin klub üçün aparılan əməliyyatlardan şəxsi mənfəət götürdüyü iddia edilir.

Klub prezidentinin rəqiblərinə və futbolçular Lionel Messi ilə Jerar Pikeyə qarşı kiberhücumlar təşkil etdiyi deyilir. Daha əvvəl İspaniya mediası həmin kiberhücumları klubun sifariş etdiyini aşkarlayıb.

Həmçinin Kataloniya təmsilçisinin keçmiş oyunçuları Xavi, Karles Puyol və sabiq baş məşqçi Xosep Qvardiolanın da belə hücumlara məruz qaldığı güman edilir.

Bartomeu prokurorluğun bu məsələ ilə bağlı iddialarını rədd edib. 

Qeyd edək ki, Xosep Bartomeu 2014-cü ildən "Barselona"nın prezidentidir. Lionel Messi müqaviləni yeniləyəcəyi təqdirdə, o, klub prezent vəzifəsindən getməyə hazır olduğunu söyləyib.

 


Etiketlər:  Barselonanın prezidenti korrupsiyada ittiham edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ