Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə həyat yoldaşını öldürən kişinin işi məhkəməyə göndərildi

Mingəçevirdə həyat yoldaşını öldürən kişinin işi məhkəməyə göndərildi

Tarix: 4 Sentyabr 2020 16:09

Bakı. Samir Əli - Trend:

Mayın 20-də Mingəçevir şəhəri ərazisində 1982-ci il təvəllüdlü Fərqanə İsayevaya bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir şəhər prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, istintaqla zərərçəkmişin əri Elnur İsayevin qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Fərqanə İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Etiketlər:  Mingəçevirdə həyat yoldaşını öldürən kişinin işi məhkəməyə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ