Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Post-pandemiya dövründə iqtisadi artımla bağlı proqnozlar açıqlanıb

Post-pandemiya dövründə iqtisadi artımla bağlı proqnozlar açıqlanıb

Tarix: 4 Sentyabr 2020 20:52

Post-pandemiya dövründə iqtisadi artımla bağlı proqnozlar açıqlanıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, post-pandemiya dövründə neqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin də artması gözlənilir.

Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədən ixrac edilən malların həcminin artacağı gözlənilir.

Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı gözlənilir.

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin daha da sürətləndirilməsi ortamüddətli dövrdə qeyri-neft sektorunun inkişafını dəstəkləyəcəkdir və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaqdır. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağı proqnozlaşdırılır.


Etiketlər:  Post pandemiya dövründə iqtisadi artımla bağlı proqnozlar açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ