Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 08:30
"Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib keyfiyyətli futbolçulara sahibdir və çox yaxşı oyun göstərdi. Amma bu oyun üzərində işləməli olduğumuz çox məqamları göstərdi".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Fransa ilə Sumqayıtda keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Matça müəyyən səbəblərdən 7-8 oyunçunu çağıra bilmədim. Koronavirus pandemiyası buna mane oldu. Üstəlik, bir sıra futbolçumuz əsas komandaya dəvət aldı. Lakin bu futboldur. Əlimizdəkilərdən maksimum yararlanmağa və maksimum performans sərgiləməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular müəyyən qədər rəqibin nüfuzundan çəkinirdilər. İlk yarıda topu tez-tez itirir, topu saxlamaqda çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Risk edərək iki hücumçu ilə oynadıq. Amma yenə də xal qazanmağa gücümüz çatmadı. Bütün oyunçularıma minnətdaram. Onlara bildirdim ki, üzərində işləməli olduğumuz işlər çoxdur".