Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəqədidə məktəbdə şagirdin intihara cəhdi ilə bağlı cinayət işi başlandı

Binəqədidə məktəbdə şagirdin intihara cəhdi ilə bağlı cinayət işi başlandı

Tarix: 8 Sentyabr 2020 10:54

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Binəqədi rayonundakı orta məktəbdə 9-cu sinif şagirdinin intihara cəhdi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Trend-ə daxil olan məlumatda bildirilir ki, sentyabrın 7-də saat 09 radələrində Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Hazırda Solmaz Hacıyeva stasionara yerləşdirilməklə onun səmərəli müalicəsi üçün zəruri tədbirlərin görülməsi təmin edilir.

Təhsil Nazirliyi ilə əlaqəli şəkildə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə peşəkar mütəxəssislər cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.


Etiketlər:  Binəqədidə məktəbdə şagirdin intihara cəhdi ilə bağlı cinayət işi başlandı


RƏYLƏR