Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 12:00
Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn xanım vətəndaş saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da ona məxsus əl çantasının içərisində həblər olduğu müəyyən edilib.
Daha sonra xanım vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanından şəffaf rəngli sellofana bükülü 7 ədəd uzunsov formalı bağlamada 425 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 49 ədəd açıq qəhvəyi rəngli, birxətli üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin