Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piylənmə dünyada yeni pandemiyaya səbəb ola bilər

Piylənmə dünyada yeni pandemiyaya səbəb ola bilər

Tarix: 8 Sentyabr 2020 22:03

"Milyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da dünyada piylənmə problemini daha da artırır. Bu, nəticə etibarı ilə yeni qlobal pandemiyaya səbəb ola bilər".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg-in yaydığı məlumatda bildirilib.

BMT-nin proqnozlarına istinadən qeyd edilib ki, bu ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, lakin bu inkişaf etmiş ölkələrdə daha ciddi təhlükə yaradacaq: "Koronavirus pandemiyası zamanı dünyada insanların gəlirləri azaldı və bu səbəbdən onlar qənaət etmək məqsədilə ucuz, zərərli qidalara, xüsusən də "fast-food" qidalarına üstünlük vermək məcburiyyətində qaldılar".

Məlumatda bildirilib ki, hazırda artıq çəkidən əziyyət çəkən insanların sayı ac insanlardan dəfələrlə çoxdur, bu, xüsusilə, inkişaf etmiş ölkələrdə nəzərə çarpır: "Məsələn, britaniyalıların üçdə ikisi hal-hazırda artıq çəkilə və piylidir. Nəticədə, ölkədə hər yeddi ölümdən biri zərərli pəhriz səbəbindən baş verir. Artıq çəkili insanların şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə daha çox meylli olduqları aydınlaşdırılıb".

Qeyd edilib ki, BMT-nin hesablamalarına görə, dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir və nəticədə artıq çəkiyə meyllilik yaranır və bu da öz növbəsində yeni pandemiyanın baş verəcəyini şərtləndirir.

Xüsusi olaraq vurğulanıb ki, tədbir görülməsə, artıq çəki və ortaya çıxan sağlamlıq problemləri səbəbindən yaxın on ildə dünyada səhiyyə xərcləri ildə 1,3 trilyon dollar artacaq.


Etiketlər:  Piylənmə dünyada yeni pandemiyaya səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ