Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Windows 95 Windows 10-a qarşı

Windows 95 Windows 10-a qarşı

Tarix: 10 Sentyabr 2020 22:12

Avqust ayının sonunda əlamətdar bir hadisə baş verdi. "Windows 95" 25 illik yubileyini qeyd etdi. Bu gün Windows 95 ibtidai və o qədər qeyri-funksional görünür. Hətta, onu asanlıqla tosterə və ya kalkulyatora quraşdırıla bilinəcəyi düşünülür. Lakin bütün mütəxəsislər eyni fikirdə deyil.

Milli.Az ted.az-a istinadən bildirir ki, bəzi mütəxəssislər hesab edirlər ki, müasir proqramçılar Windows 95 kimi şedevr əsərləri düzgün qiymətləndirə bilmirlər.

Gəlin, Windows 95-in güclü tərəflərini sadalayaq və "yaşlı qadının" Windows 10-dan daha müsbət tərəflərinin olduğunu müəyyənləşdirək.

Populyarlıq. Dünyada ən populyar əməliyyat sistemi olmaq üçün Windows10-a 3 il vaxt lazım oldu. Windows 95 isə sadəcə bir neçə ay ərzində tanındı. Üstəlik, o dövrdə kompüterlər və OS bazarı üçün şiddətli bir mübarizə gedirdi. Bu da potensial istifadəçilərin öz əməliyyat sisteminin dəyərini sübut etməli olduqlarını göstərirdi.

Əsasları. Bu gün öyrəşdiyimiz hər bir şey Windows 95-də ortaya çıxıb. Bunlara "Başlat" menyusu və qrafik interfeysi, öyrəşdiyimiz qovluqlar və fayllar sistemi, Explorer daxildir. Bundan əlavə, ilk Explorer brauzeri məhz Windows 95-də ortaya çıxıb. Son illərdəki yeniliklərə ad vermək köhnə Windows 95-dən fərqləri sadalamaqdan daha asandır.

Dizayn. Dünyada milyonlarla istifadəçi Windows 10-un dizaynının və nəzarət elementlərinin əyri olduğuna inanır. Onlar əlverişsizdir və istifadəçi təcrübəsini çətinləşdirir. Bundan əlavə, əvvəlki parametrləri qaytarmaq mümkün olsa belə, hər istifadəçi bunu edə bilməz. Çünki bu parametrlər ən gözlənilməz bölmələrdə yerləşdirilib.

Sadəlik. Əvvəlki nöqtədən irəli gələn problem tam olaraq budur - Windows 95 çıxdıqda istifadəçilər hər şeyi sıfırdan öyrənməli idilər və çox vaxt aldı. Qəribədir ki, eyni hekayə Windows 7-dən Windows 10-a keçərkən də baş verdi. Bəzən elə gəlir ki, qarşınızda tamamilə yeni bir əməliyyat sistemi var.

Milli.Az


Etiketlər:  Windows 95 Windows 10 a qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ