Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 22:54
Bakı. Rufiz Hafizoğlu - Trend:
Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi beynəlxalq hüquqa tamamilə ziddir.
Bunu Trend-ə məşhur livan tarixçi Əli Bekraki deyib.
Tarixçi erməni mənşəli livanlıların köçürülməsinin beynəlxalq hüquqa zidd olduğunu, və işğal altındakı Azərbaycan ərazilərindəki rejimin qanuniliyini dünyanın heç bir ölkəsinin tanımamadığını qeyd edib:
"Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu tarixi həqiqəti inkar etmək və demoqrafik tərkibini dəyişdirmək cəhdi uğursuzluğa məhkumdur".
Onun sözlərinə görə, livanlı ermənilər Livanla əlaqəli ikili standartlar tətbiq edirlər:
"Livan ermənilərinin əslində kim olduqlarını - Livan vətəndaşı və ya Ermənistan vətəndaşı olduqlarını müəyyənləşdirmək çətindir. Şəxsi mənafelərinə toxunulduqda möhtəşəm bir şəkildə orijinal livanlı olurlar, amma söhbət milli maraqlara gəldikdə isə Ermənistan vətəndaşı olduqlarını iddia edirlər.
"Əgər erməni mənşəli livanlılar hələ də Ermənistanın vətəndaşı olduqlarını iddia edirlərsə, onda onların ərəb Livan parlamentində necə altı naziri, bir partiyası və deputatları var?".
Əli Bekrakinin sözlərinə görə, Livan vətəndaşları beynəlxalq hüququn bütün prinsiplərini pozaraq işğal olunmuş ərazilərə köçürlərsə, şübhəsiz ki, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar və qeyri-qanuni köçürülməni asanlaşdıran bütün kanallar bağlanmalıdır.
Twitter: @rhafizoglu