Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcü ekspert: Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır

Gürcü ekspert: Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır

Tarix: 14 Sentyabr 2020 21:00

Bakı. Trend:

Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Bunu Trend-ə gürcü ekspert, siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya deyib

O bildirib ki, ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunması faktı beynəlxalq hüququn, BMT-nin üzvü olan müstəqil ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması deməkdir: “İkincisi isə bir dövlətin nümayəndələrinin digər dövlətin işğal olunmuş ərazilərinə köçürülməsi üzrə qanunsuz fəaliyyət beynəxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”.

Ekspertin sözlərinə görə, vaxtı ilə işğal cəhdinə məruz qalmış Livan dövləti özü də bu cür qanunsuz addımların dayandırılması üçün müvafiq tədbirlər görməlidir.


Etiketlər:  Gürcü ekspert Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ