Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu küçələrdə işıqforlar işləmir (SİYAHI)

Bakıda bu küçələrdə işıqforlar işləmir (SİYAHI)

Tarix: 29 Iyun 2019 14:20

Bakı. Samir Əli - Trend:

Bakıda bəzi küçələrdə işıqforlar dayanıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə işıqforlara verilən elektrik enerjisinin dayandırılması ilə bağlıdır:

Məlumatda deyilir: "Cərəyan itkisi ilə əlaqədar olaraq bir sıra kəsişmələrdə işıqforlar işləmir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Hal hazırda svetoforlarla əlaqəsi olmayan kəsişmələr aşağıdakılardır:

M.Hüseyn küç. - Ş.Şamil küç.,
Ş.İ.Xətai pros. - Əhmədbəy Ağaoğlu küç.,
Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç.,
M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı),
Q.Qarayev pros. - C.Naxçıvanski küç.,
Q.Qarayev pros.- A.Manafov küç.,
Babək pros.- 1-ci Köndələn

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda küçələrdə işıqforlar işləmir SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ