Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabad sakinini sosial şəbəkələrlə qorxudub 3000 manat alan şəxs saxlanılıb

Cəlilabad sakinini sosial şəbəkələrlə qorxudub 3000 manat alan şəxs saxlanılıb

Tarix: 29 Iyun 2019 14:36

Bakı. Trend:

Cəlilabad rayon sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Günəşli kənd sakini Ə.Əliyev RPŞ-yə müraciət edib iyunun 24-də Salyan rayon sakini R.Ağayevin onun həmkəndlisi olan qohumu K.Həsənovu sosial şəbəkədə təhqir edəcəyi ilə hədələyib 3000 manat pul istəməsini bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də R.Ağayev Ə.Əliyevdən 3000 manat pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Cəlilabad sakinini sosial şəbəkələrlə qorxudub 3000 manat alan şəxs saxlanılıb


RƏYLƏR