Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' ''Molde''yə məğlub oldu

''Qarabağ'' ''Molde''yə məğlub oldu

Tarix: 17 Sentyabr 2020 00:04

Bakı. Trend:

"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununu keçirib.

Trend-in məlumatına görə, Norveç "Molde"si görüş Larnaka şəhərindəki (Kipr) "AEK Arena"da baş tutub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.

"Molde" Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti imkanı əldə edib. Qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.

Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. Nəticədə penalti seriyasına müraciət olunub. Qarşılaşma "Molde"nin qələbəsi ilə sona çatıb - 6:5.

Beləliklə, "Qarabağ" 3 ildən sonra Çempionlar Liqasında pley-offa yüksəlib. Rəqib Macarıstanın "Ferentsvaroş"u olacaq. İlk oyun 22-23 sentyabrda Bakıda, cavab görüşü isə 29-30 sentyabrda Budapeştdə olacaq.


Etiketlər:  Qarabağ Moldeyə məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ