Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Salli'' fırtınası ABŞ-ın iki ştatında daşqınlara səbəb oldu

''Salli'' fırtınası ABŞ-ın iki ştatında daşqınlara səbəb oldu

Tarix: 17 Sentyabr 2020 06:48

Bakı. Trend:

ABŞ-ın Alabama ştatında "Salli" tropik qasırğası nəticəsində bir nəfər ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Orinc-Biç şəhərinin meri Toni Kennon məlumat verib.

Bildirilir ki, bu Meksika körfəzini əhatəsinə alan "Salli" fırtınasının ilk qurbanıdır.

Qasırğalara Nəzarət üzrə Milli Mərkəzdən verilən məlumata görə, atmosfer fenomen daxilində küləyin sürəti 20.1 m/s-dir. Hazırda "Salli" Dotan şəhərindən (Alabama ştatı) 110 km şimal-qərbdədır , 11,2 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir. Təbii fəlakət Alabama və Florida ştatlarında təhlükəli daşqınlara səbəb olub. 540 mindən çox sakin işıqsız qalıb.


Etiketlər:  Salli fırtınası ABŞ ştatında daşqınlara səbəb oldu


RƏYLƏR