Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 12:34
“Sabah” Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq.
Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi, komandada 19 oyun keçirib, 1 qola imza atıb.
Qeyd edək ki, Kökcünün klubla əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.