Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah daha 53 nəfər Gürcüstandan Azərbaycana təxliyyə ediləcək

Sabah daha 53 nəfər Gürcüstandan Azərbaycana təxliyyə ediləcək

Tarix: 20 Sentyabr 2020 23:40

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyyə ediləcək.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, təxliyyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyyəsi həyata keçirilib.


Etiketlər:  Sabah daha nəfər Gürcüstandan Azərbaycana təxliyyə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ