Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyodan gözlənilməz müdaxilə - Video

Mourinyodan gözlənilməz müdaxilə - Video

Tarix: 21 Sentyabr 2020 12:52

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 2-ci turunda “Sauthempton”la matçdan (5:2) sonra futbolçularına müsahibə verərkən müdaxilə edib.

Qol.az xəbər verir ki, London təmsilçisinin 4 qolunu vuran hücumçu Son Hın Minin yerli kanala müsahibə verdiyi zaman 57 yaşlı mütəxəssis kamera önünə keçib. O, matçın qəhrəmanın 5-ci qolun müəllifi və digər bütün qolların ötürməsini verən Harri Keynin olduğunu deyib. Koreyalı məşqçisinin fikri ilə razılaşıb.

Mourinyo Harri Keynin müsahibəsinə də müdaxilə edib. Portuqaliyalı mütəxəssis futbolçusunu işarə edərək “Mənim üçün o, matçın oyunçusudur” – deyib.







 


Etiketlər:  Mourinyodan gözlənilməz müdaxilə Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ