Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına dəyişiklik edilib

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına dəyişiklik edilib

Tarix: 1 Iyul 2019 18:42

Bakı. Trend:

Prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2.2-ci yarımbəndin 11.1-11.5-ci abzasları ləğv edilsin.

2. 7-ci hissə üzrə:

2.1. 7.8-ci və 7.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

7.8.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə

7.9.

ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə

2.2. aşağıdakı məzmunda 7.11 - 7.13-cü bəndlər əlavə edilsin:

7.11.

I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxslərə

7.12.

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə

7.13.

müharibə veteranlarına

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ