Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 23:06
Böyrəklətin iltihabı - uşaqlar və böyüklər arasında geniş yayılmış xəstəlikdir. Çox uzun müddətə gedişi var, xəstənin əmək qabiliyyətinin itirilməsi və letal sonluqla da nəticələnə bilər.
Hazırda böyrək çatışmazlığı yaşayan xəstələrin yarısı əvvəllər pielonefrit xəstəsi olub.
Xəstəliyin oyadıcısı müxtəlif bakteriyalardır, xüsusən bağırsaq çöpləri. Yəni bağırsaq iltihabı və bakteriyaları böyrəkləri də sıradan çıxarır.
Sonxeber.net medicina.az-a istinadən xəstəliyin yaranma səbəbi və əlamətlərini təqdim edir:
Patogen mikrofloranın digər infeksiya ocaqlarından böyrəklərə keçməsi ilə başlayır. Böyrək xarici və daxilindəiltihabi proses başlayır, sidik axarı pozulur, sidik ləyəninə daxildən təzyiq verir. Nəticədə kapilyar-venoz qan dövranı pozulur, toxumada oksigen aclığı başlayır.
İnfeksiya orqana hematogen və ya urinogen yolla daxil olur. Sidik yolları ilə qonşu orqanlardan da bakteriyalar böyrəklərə keçir. Həmçinin infeksiya qan və limfa ilə də axın vasitəsilə böyrək içinə yol tapır.
Əsas əlamətləri:
-Böyrəkdə, beldə və qasıqda, sidik kisəsində ağrı, sancı
-Sidik ifrazında pozulmalar, rənginin dəyişməsi
-Xəstədə halsızlıq, tez-tez temperatur dəyişikliyi
Pielonefrit kəskin və xroniki, bir və ikitərəfli ola bilər.
Kəskin iltihabi formada beldə dəhşətli ağrılar, hərarətin 39 dərəcəyə qalxması, titrətmə, tərləmə, sidiyin miqdarının kəskin azalması, zəiflik, başağrısı, daim susuzluq, ürəkbulanma, qusma, ürək döyünmə kimi əlamətlər verir.
Qasıq nahiyəsinin palpasiyası zamanı xarici cinsiyyət üzvlərinin şişkinliyi və təzyiqdən ağrıması müşahidə olunur.
Əgər vaxtında müayinə -müalisə olunmazsa, kəskin forma xronikiyə keçir, böyrəklərdə abses yaranır.
Xəstənin gecələr halı pisləşir, ağrıdan təcili yardıma belə müraciət olunur. Bir qədər müalicə olunduqda xəstəlik remissiya dövrünə keçir, mərhələli olaraq gah vəziyyət stabilləşir, gah da pisləşir. Belə fon xəstəni aldatmasın. Remissiya xəstəliyin artıq tam itməsi demək deyil.
Belə insanların bədəni kəskin soyuduqda, iqlim, hava dəyişikliyində, ağır fiziki iş gördündə, stress zamanı yenidən əlamətlər başlayır.
Diaqnoz üçün:
Nefroloq müayinəsində palpasiya, USM, rentgen, KT, sidik, qan analizi, prednizolon testi, müəyyən infeksiyalara qarşı analizlər təyin olunur.
Müalicəsi:
Xəstəyə antibakterial, iltihab və ağrı əleyhinə dərmanlar yazılır. Xüsusi dieta dəyin edilir. Özünü soyuqdan və ağır fiziki işdən qorumağı tapşırılır. Ağır hallarda stasionarda yatmaqla müalicə alır.