Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xeyli ''cavanlaşıb''

Koronavirus xeyli ''cavanlaşıb''

Tarix: 25 Sentyabr 2020 07:09

COVID-19 diaqnozu qoyulmuş xəstələrin orta yaşı, əsasən yaşlı insanları vuran pandemiyanın ilk dalğası dövrü ilə müqayisədə daha aşağıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Macarıstanın baş həkimi Sesiliya Müller onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda testə müsbət reaksiya daşıyıcılarının əksəriyyəti 20-29 yaş qrupuna aiddir. İkinci dalğanın "təbiəti" birincidən bir qədər fərqlidir, buna görə də pandemiyanın qarşısını almaq üçün indi bir az fərqli strategiya seçilməlidir.

İki dalğa zamanı bütün infeksiya hadisələrinin məcmu orta yaşı hələ 41, son 10 gündə isə 35 yaş təşkil edir.

Müller xəstəxanaların hər gün kifayət qədər dərman və yataq yerlərinin olması üçün gündəlik yoxlanıldığını söyləyib. Buna baxmayaraq, bir çox xəstə artıq stasionar müalicəyə qəbul edilmir, sahə həkimi tərəfindən nəzarət edilməsi məqsədilə evə göndərilir.

Ev karantini müddətinin 14 gündən 10 günədək azaldılmasına gəlincə, baş həkim bildirib ki, bu məsələnin həllində beynəlxalq təcrübə nəzərə alınıb: 10 gündən sonra, 5-6 gün davam edən inkubasiya dövrü də daxil olmaqla, infeksiya özünü büruzə verir. O, Avropanın bir çox ölkələrində məcburi karantin dövrünün artıq 10 gün davam etdiyini bildirib.


Etiketlər:  Koronavirus xeyli cavanlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ