Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı

İngiltərə Premyer Liqası:

Tarix: 29 Sentyabr 2020 04:40

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Liverpul" London təmsilçisi "Arsenal"ı qəbul edib.

Trend-in məlumatına görə, "Liverpul" rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Meydan sahibinin heyətində qolları Sadio Mane (28), Endryu Robertson (34) və Dioqu Jota (88), qonaqların heyətində isə yeganə qolu Aleksandr Lyakazett (25) vurub.

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk 3 turunda qələbə qazanıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.


Etiketlər:  İngiltərə Premyer Liqası Liverpul Arsenal üzərində qəbələ qazandı


RƏYLƏR