Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın yeni Baş naziri oktyabr ayında ilk xarici səfərini edəcək

Yaponiyanın yeni Baş naziri oktyabr ayında  ilk xarici səfərini edəcək

Tarix: 30 Sentyabr 2020 10:56

Bakı. Trend:

Yaponiyanın yeni Baş naziri Yosixida Suqa oktyabrın ortalarında ilk xarici səfərini edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Yaponiya hökuməti hazırda Baş nazirin Vyetnam və İndoneziyaya səfərlərini təşkil edir.

Məlumata görə, istiqamət seçərkən Yaponiya tərəfi bu və ya digər ölkədəki epidemioloji vəziyyəti rəhbər tutub. Vyetnam Yaponiya ilə pandemiya səbəbindən kəsilən hava əlaqəsini bərpa edən ilk ölkə olub.

Suqa Vyetnamın Baş naziri Nquen Suan Fuk və İndoneziya Prezidenti Coko Vidodo ilə danışıqlar aparmaq niyyətindədir. Görüşlərin əsas mövzusunun Yaponiya ilə ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) arasında əməkdaşlığın gücləndirilməsinin olması gözlənilir.


Etiketlər:  Yaponiyanın yeni Baş naziri oktyabr ayında xarici səfərini edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ