Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi

AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi

Tarix: 30 Sentyabr 2020 13:00

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Azad Həmkarlar İttifaqı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən təxribatla bağlı bəyanat verib.

Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, 27 sentyabr 2020-ci il tarixində səhər saat 6:00 radələrində Ermənistan silahlı qüvvələri 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, dinc əhalinin yaşadığı yaşayış məntəqələrini müxtəlif növ silahlardan intensiv atəşə tutublar. Nəticədə, mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub, çox sayda dinc əhalinin evləri dağıdılıb, təsərrüfatlarına ciddi ziyan dəyib. Ermənilərin bu növbəti aqressiyasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə ordumuz bütün təmas xətti boyu əks hücuma keçib, düşmənin müdafiə xətti, hərbi texnika və canlı qüvvəsi məhv edilib, Füzuli və Cəbrayıl istiqamətində 7 kənd, bir çox yüksəkliklər və Murovdağ zirvəsi düşmən işğalından azad edilib:

"Döyüşlər başlayan ilk gündən xalq daim ətrafında sıx birləşdiyi, etimad göstərdiyi cənab Prezident İlham Əliyevə, müzəffər ordumuza dəstək nümayiş etdirib. On minlərlə Vətən oğlu şanlı qələbələr yazan ordumuza qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq hərbi qurumlara müraciət edib. Heç şübhəsiz ki, ordumuzun bu parlaq qələbələri, ən mükəmməl səviyyədə təcəssüm etdirilən xalq və dövlət vəhdətinin ərsəyə gəlməsinin əsas səbəbi Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımları təşkil edir.

Bu çətin, eyni zamanda şərəfli günlərdə cəbhədən gələn xoş xəbərlər hər bir Azərbaycan vətəndaşında torpaqlarımızın tezliklə işğaldan azad olunacağına olan inamını daha da qüvvətləndirir. İnanırıq ki, bu haqq işimizdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən güclü ordumuz qısa zamanda üçrəngli bayrağımızı işğal altındakı şəhər və kəndlərimizdə dalğalandıracaq".


Etiketlər:  AMEA nın Azad Həmkarlar İttifaqı bəyanat verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ