Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SON DƏQİQƏ! ''Hacı Mazan'' Bakıda əməliyyata götürüldü

SON DƏQİQƏ! ''Hacı Mazan'' Bakıda əməliyyata götürüldü

Tarix: 2 Iyul 2019 16:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün ağır yol qəzası keçirən işi adamı Hacı Mazan hazırda əməliyyat masasındadır.

Trend-in məlumatına görə, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Hacı Mazan" kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Hacı Zaman hazırda əməliyyat olunur.

Qeyd edək ki, R.Zeynalov xidməti avtomobili - “Range Rover”in qəzaya uğraması nəticəsində özü və sürücüsü xəsarət alıb. O, sağ budun sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  DƏQİQƏ Hacı Mazan Bakıda əməliyyata götürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ