Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 3 Iyul 2019 00:20
"Tottenhem" heyətini daha bir futbolçu ilə gücləndirib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, London klubu Fransa millisi və "Lion"un müdafiəçisi Tanqi Ndombele keçidini həll edib. 22 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. İngilislər bu transfer üçün qarşı tərəfə bonuslarla birlikdə 70 milyon avro təzminat ödəyəcək. 
Qeyd edək ki, bu, "Tottenhem"in bu yay, ümumiyyətlə, son il yarımda 2-ci transferidir. Premyer Liqa təmsilçisi Ndombeleyə qədər "Lids Yunayted"dən Cek Klarkı heyətinə qatıb.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    