Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qoy beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün'' - Hikmət Hacıyev

''Qoy beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün'' - Hikmət Hacıyev

Tarix: 17 Oktyabr 2020 13:39

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi atteşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

"Diplomatik korpus və hərbi atteşelerlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün", - H.Hacıyev yazıb.


Etiketlər:  beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün Hikmət Hacıyev


RƏYLƏR