Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentin erməni anasına ünvanlanan fikirləri dünya ictimaiyyətinə həm də “Terroru görün” çağırışıdır - Qadınlar Şurasının sədri

Prezidentin erməni anasına ünvanlanan fikirləri dünya ictimaiyyətinə həm də “Terroru görün” çağırışıdır - Qadınlar Şurasının sədri

Tarix: 17 Oktyabr 2020 17:30

Bakı.İlhamə İsabalayeva -Trend:

Ali Baş Komandanın 17 oktyabr 2020-ci ildə Azərbaycan xalqına növbəti müraciəti strateji və siyasi-fəlsəfi mahiyyətli məzmun daşıyır. Prezidentin müraciətindəki məhz erməni anasına ünvanlanan fikirlər dünya ictimaiyyətinə həm də bir “Terroru görün” çağırışıdır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə deyib. Onun sözlərinə görə, Gəncədə mülki əhaliyə qarşı soyqırımın törədilməsi bəşəri cinayətdir. Ermənistan buna Hərbi Tribunalda cavab verməlidir: "Ali Baş Komandan “Uşaqlarınızı bizim torpaqlara buraxmayın” bəyanatı ilə dünyaya xəbərdarlıq edir ki, cəllad, faşist Ermənistan Beynəlxalq Hüquq normalarını saymırsa, bəs, onda, erməni anası, sən niyə övladını boş-boşuna, sənin olmayan torpaqda vuruşmağa göndərirsən?! Erməni anası, əgər uşağını bu vuruşa göndərirsənsə, gəl, Torpağımdan Övladının Nəşini apar!!! Prezident müraciətində dünyaya bir daha mesaj verdi ki, biz öz ölkəmizdə öz müqəddəs torpaqlarımız uğrunda vuruşuruq! Heç kimə zərər vurmamışıq və vurmuruq!".

R.Mirzəzadə əlavə edib ki, 1949-cu ildə Cenevrə Konvensiyasına hərbi münaqişələr zamanı qadın, uşaq və ahılların hüquqlarının toxunulmazlığının gözlənilməsini nəzərdə tutan müddəa əlavə edildi. Bu gün isə terrorçu Ermənistan bunu gözləmir.

O bildirib ki, mülki əhalinin – silahsız qadın və uşaqlarımızın qisası Ali Baş Komandanımız, tarix yazan Sərkərdəmiz İlham Əliyevin söylədiyi kimi, döyüş meydanında alınır.


Etiketlər:  Prezidentin erməni anasına ünvanlanan fikirləri dünya ictimaiyyətinə həm Terroru görün çağırışıdır Qadınlar Şurasının sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ