Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 16:38
Fransa Liqa-2-də "Valensiyen" və "Soşo" arasında matçda qalmaqal baş verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, matç başa çatdıqdan sonra "Valensiyen"in qapıçısı Jerom Prior rəqib futbolçu Useyn Tiunanın onun üzünü dişləməkdə ittiham edib.
O, üzündə dişlək izi olan yeri hakimə göstərib.
Məsələ ilə bağlı Fransa Futbol Federasiyasının araşdırma aparacağı bildirilib. İddia təsdiqini taparsa, bu halda Useynə ciddi cəza veriləcəyi gözlənilir.