Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donis ''Qarabağ''la oyunda texniki zonada olmayacaq

Donis ''Qarabağ''la oyunda texniki zonada olmayacaq

Tarix: 20 Oktyabr 2020 18:36

"Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində 1-ci turunda "Qarabağ"a qarşı matçında texniki zonada ola bilməyəcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının pley-off mərhələsində "Zalsburq"la cavab oyunundam (1:3) cəzalı olmasıdır. Yunanıstanlı mütəxəssis sözügedən görüşdə texniki zonadan qovulub. Buna görə o, "Qarabağ"la matçı tribunadan izləməli olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Etiketlər:  Donis Qarabağla oyunda texniki zonada olmayacaq


RƏYLƏR