Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Milan" 21 oyundur uduzmur

Tarix: 23 Oktyabr 2020 16:56

Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Seltik"ə qalib gələn (3:1) "Milan" məğlubiyyətsizlik seriyasını daha da yaxşılaşdırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" 21 oyundur ki, uduzmur. Stefano Piolinin komandası 16 qələbə qazanıb və 5 dəfə heç-heçə edib. "Milan" sonuncu dəfə mart ayında A Seriyasında "Cenua"ya uduzub - 1:2.

Komanda növbəti oyununu A Seriyasnın qarşıdakı turunda "Roma"ya qarşı keçirəcək. Oyun oktyabrın 26-da "Milan"ın meydanında olacaq.

Milli.Az


Etiketlər:  Milan 21 oyundur uduzmur


RƏYLƏR