Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat

Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat

Tarix: 24 Oktyabr 2020 13:30

Azərbaycanın dinc sakinlərinin Ermənistan tərəfindən atəşə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin üzvü, Azərbaycan üzrə ümumpartiya parlament qrupunun sədri Bob Blekmanın bəyanatında deyilir.

O bildirib ki, Azərbaycanın mülki əhalisinin Ermənistan qoşunları tərəfindən atəşə tutulması narahatlıq doğurur: "Artilleriya zərbələrinə ölkənin ikinci ən böyük şəhəri Gəncə də məruz qalıb və nəticədə qadın və uşaqlar həlak olub. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində davam edir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və ətraf yeddi rayondan qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. Münaqişənin tənzimləməsinə görə məsuliyyət daşıyan ATƏT Minsk qrupu öz mandatını yerinə yetirməyib. Mən münaqişənin tezliklə və dinc yolla tənzimlənəcəyinə, azərbaycanlıların, ermənilərin və millətlərin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayacağı günlərin gələcəyinə ümid edirm".


Etiketlər:  Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır Britaniyalı deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ