Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Baltikyanı ölkələr arasında vaxt fərqi iki saat oldu

Azərbaycanla Baltikyanı ölkələr arasında vaxt fərqi iki saat oldu

Tarix: 25 Oktyabr 2020 14:52

Baltikyanı ölkələrdə oktyabrın 25-i saat 04:00-da bütün saatların əqrəbləri bir saat geri çəkilib, Latviya, Litva və Estoniya qış vaxtına keçib.

Yay vaxtına keçid isə gələn ilin mart ayının sonuncu bazar günü olacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla da Azərbaycanla Baltikyanı ölkələr arasındakı vaxt fərqi iki saat olub.

Qeyd edək ki, saatın əqrəblərinin çəkilməsi Avropa Parlamenti ilə Avropa Şurasının yay və qış vaxtlarına dair direktivləri nəzərə alınmaqla həyata keçirilir və Avropa İttifaqına üzv bir çox ölkədə tətbiq edilir.


Etiketlər:  Azərbaycanla Baltikyanı ölkələr arasında vaxt fərqi saat oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ