Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elm adamları yuxu probleminin səbəblərini açıqladı

Elm adamları yuxu probleminin səbəblərini açıqladı

Tarix: 25 Oktyabr 2020 22:33

"Newsyou.info"nun yazdığına görə, bir qrup amerikalı və çinli tədqiqatçının araşdırması nəticəsində məlum olub ki, bədəndə su çatışmazlığı yuxusuzluğa gətirib çıxara bilər.

Sonxeber.net xəbər verir ki, alimlər susuzluğun yuxu problemi ilə nəticələndiyini bildirib. Qeyd olunur ki, mütəxəssislər 9559 və 11 903 nəfərin iştirak etdiyi iki təcrübə keçiriblər. Xəstələrin sidik analizləri təhlil edilib, həmçinin gecələr neçə saat yatdığı öyrənilib.

Tədqiqatın nəticələrinə görə, orqanizmdə kifayət qədər su olmadıqda bədən antidiuretik hormon - vasopressin ifraz edərək özünü qorumağa başlayır. Alimlər hesab edir ki, bu, yuxudan erkən oyanmağa səbəb ola bilər.

Bundan əlavə, tədqiqatçıların dediyi kimi, həzm problemləri və stress də yuxusuzluğun səbəbi ola bilər. (publika.az)


Etiketlər:  adamları yuxu probleminin səbəblərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ