Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 01:33
Şaftalı və ərik şəkərli diabeti olanlar, habelə mədə turşuluğu və artıq çəkisi olan insanlar tərəfindən qəbul edilməməlidir.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Mk.ru bu barədə rusiyalı həkim-dietoloq İnna Kononenkonun açıqlamasına istinadla xəbər yayıb.
Onun sözlərinə görə, bu meyvələr çəkini artırmasa da, bəzi xroniki xəstəlikləri şiddətləndirə bilər.
Bundan əlavə, şaftalı və ərik yüksək dərəcəli allergendir, bu səbəbdən uşaqların rasionuna diqqətlə və tədricən daxil edilməlidir.
Mütəxəssis bu meyvələrin faydalı xüsusiyyətləri barədə də danışıb.
O, sözügedən meyvələrin xüsusilə xərçənglə mübarizədə kömək etdiyini, qan təzyiqini normallaşdırdığını və qan damarlarının divarlarını yaxşı vəziyyətdə saxladığını bildirib.
Kononenko qeyd edib ki, əgər insan bəzən qıcolmadan əziyyət çəkirsə, şaftalı və ərik yemək ona kömək edə bilər.