Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 16:09
Azərbaycan ermənilərin dinc yolla icra etmədikləri beynəlxalq qərar və qətnamələri hərbi yolla icra edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu rusiyalı hərbi konfliktoloq Aleksandr Lifanov deyib.
O bildirib ki, son 25 il ərzində Azərbaycan öz hərbi gücünü artırıb: "İndi azərbaycanlıların çox güclü motivasiyası var. Onlar üçün bu, milli-azadlıq müharibəsidir".
Ekspert qeyd edib ki, münaqişə onilliklər boyunca dondurulmuş qalıb və bu amil erməniləri tam qane edib. Nəticədə Minsk qrupunun konstruktiv təklifləri Ermənistan tərəfindən qulaqardına vurulub.