Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 08:27
Bu əlamətlərin ən azı ikisi sizdə varsa o zaman mütləq həkimə müraciət edin. Hipotrioz və hipertriozun əlamətləri hansılardır
Qalxanvari vəzi orqanizmin sağlam yaşaması üçün lazım olan hormon ifraz edir. Bu hormonun normadan az və ya çox olması orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Aşağıdakı əlamətlər qalxanvavi vəzin funksiyanını normal yerinə yetirməməsini bildirir. Bu əlamətlər sizdə varsa mütləq həkimə müraciət edin.
1. Hipotrioz qalvxanvari vəzi hormonunun yetərincə ifraz olunmaması səbəbindən meydana çıxır və aşağdakı əlmələrlə özünü biruzə verir.
* saçların tökülməsi
* diqqəti bir yerə toplaya bilməmək
* qalxanabənzər vəzin böyüməsi
* ürək ritmlərinin zəifləməsi
* tez yorulma
* soyuğa qarşı həssaslıq
* çəkinin artması
* yaddaş problemləri
* qəbizlik
* şişkinlik
* aybaşı pozğunluqları
* əhval-ruhiyyənin pozulması, depressiya
* əzələ və sümüklərdə ağrılar
* xolesterinin miqdarınını artması
2. Hipertrioz qalxanvari vəzinin hormonunun normadan artıq ifraz edilməsidir. Bu xəstəlik özünü aşağıdakı əlamətlərə özünü biruzə verir:
* saçların tökülməsi
* gözlərin bərəlməsi
* qalxanvari vəzin böyüməsi
* ürəkdöyünmənin artması
* istibasma
* yuxunun pozulması
* çəkinin azalması
* təngnəfəslik
* diareya
* iştahanın artması
* aybaşı pozğunluqları
* əzələ zəifliyi
* həddindən çox tərləmə
* həyəcanlılıq, əsəbilik
* depressiya, əhval-ruhiyyənin tez-tez pisləşməsi