Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın təxribatları danışıqları mənasız edir''

''Ermənistanın təxribatları danışıqları mənasız edir''

Tarix: 27 Oktyabr 2020 16:33

Artıq üçüncü humanitar atəşkəs elan olundu. Birinci atəşkəs Rusiyanın təşəbbüsü ilə oktyabrın 10-da, 2-ci atəşkəs Fransanın təşəbbüsü ilə oktyabrın 17-də, 3-cü atəşkəs isə ABŞ-ın təşəbbüsü ilə oktyabrın 26-da qüvvəyə mindi. Lakin hər üç razılaşmadan bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozdu.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın "bu münaqişənin diplomatiya ilə həll yolu yoxdur" deməsi və eyni zamanda himayədarlarının Ermənistanı durmadan silahlandırmağa davam etməsi göstərirdi ki, Yerevan humanitar atəşkəsə əməl etməyəcək:

"Çünki onlar öz məkirli niyyətlərini, terror hücumlarını davam etməyə çalışırlar. Artıq üçüncü dəfədir ki, atəşkəsə əməl etmirlər. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə humanitar atəşkəs elan olunsa da və bu, Ermənistan tərəfindən pozulsa da, həmsədr ölkələr Yerevana heç bir təzyiq göstərmir.

Tam əksinə olaraq bu və digər ölkələrdən qaçaqmalçılıq yolu ilə Ermənistana silah daşınır. Ona görə də Ermənistan humanitar atəşkəsə heç zaman əməl etməyəcək. Sadəcə bunlar humanitar atəşkəs razılığı əldə etməklə vaxt qazanmağa çalışırlar ki, qüvvələrini toplasınlar, yeni silahlar gətirib yenidən hücuma keçsinlər. Ermənistanın bu təxribatları danışıqları tamamilə mənasız edir. Ancaq şanlı Azərbaycan Ordusu bütün bunların qarşısını layiqincə alır".


Etiketlər:  Ermənistanın təxribatları danışıqları mənasız edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ