Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Viruslarla mübarizə aparmağa kömək edən MEYVƏ

Viruslarla mübarizə aparmağa kömək edən MEYVƏ

Tarix: 30 Oktyabr 2020 01:30

Ən faydalı meyvələrdən biri də avokadodur. Xüsusilə soyuq mövsümdə immuniteti gücləndirmək üçün rasiona daxil edilməlidir.

Sonxeber.net xəbər verir ki, bu barədə terapevtik qidalanma və ortomolekulyar tibb üzrə məsləhətçi Marina Sergiyenko danışıb.

"Avokado immun sisteminə inanılmaz dərəcədə müsbət təsir göstərir. Tərkibində D vitamini, Omeqa yağları və E vitamini var. Yağda həll olan D və E vitaminləri orqanizm tərəfindən sürətlə və düzgün şəkildə mənimsəniləcək, eyni zamanda mövsümlərarası faydalı maddələrlə təmin edəcək. Günün ilk yarısında meyvəni yemək daha yaxşıdır, çünki kalorisi çoxdur, toxluq hissi verir və bədəni enerji ilə təmin edir. Avokado ömrü uzadan, ürək-damar sistemini gücləndirən və bütün bədən proseslərində iştirak edən çox sayda doymamış yağ turşuları ehtiva edir.

Avokado seçərkən oksidləşmə prosesinin başlanğıcını göstərən qaralmaya diqqət yetirməlisiniz. Belə meyvə almayın. Saplağı da yoxlayın. Əgər qaradırsa, başqa avokado seçmək daha yaxşıdır, lakin yaşıl-sarı rəngdədirsə, bu meyvə almaq üçün idealdır", - ekspert bildirib.

Qaraciyər problemi olan insanlara avokado istifadəsini məhdudlaşdırmaq tövsiyə olunub. (publika.az)


Etiketlər:  Viruslarla mübarizə aparmağa kömək edən MEYVƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ