Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dirsəklərdə qabıqlanmanın səbəbləri

Dirsəklərdə qabıqlanmanın səbəbləri

Tarix: 31 Oktyabr 2020 20:12

Dərinin estetik problemlərindən biri də dirsəklərdə qabıqlanmanın yaranmasıdır. Qabıqlanma təkcə dərinin görünüşünə xələl gətirmir, həm də ciddi narahatlıq yaradaır. Bunun bir çox hallarda sadə problem olmadığı, bir sıra xəstəliklərdən qaynaqlandığı bildirilir. Dirsəklərdə qabıqlanma ən çox nədən yarana bilər? Hansı xəstəliklər bu problemə səbəb olur?  

Milli.Az e-tibb.az-a istinadən dermatoloq, uzman həkim Mehdi İskəndərlinin bu problemlə bağlı məqaləsini təqdim edir:

Dirsəklərdə qabıqlanma tez-tez görülən dəri probelmləri içərisindədir.

Bir çox dəri xəstəlikləri məhz dirsəklərdə qabıqlı qızartılar şəklində özünü göstərə bilər. Belə dəri səpgiləri adətən qaşıntılı olur. Lakin, dirsəkdə qabıqlanma həmişə qaşıntılı və qızartılı olmur. Sadəcə, dirsəklərin qabıqlanması xəstəliyin ana əlaməti ola bilər. Dirsəyin qabıqlı olması ən sıx quruluq və travmalara bağlı yaranır. Dirsəklər tez-tez sürtünmələrə məruz qaldığı üçün dəridə qabıqlanma, quruluq yarana bilər. Lakin, bəzi ciddi dəri xəstəlikləri özünü qabıqlı qaşıntılı qızartılar şəklində gösətər bilər. Məsələn, dəmrov xəstəliyi sadəcə, dirsəklərdə deyil bədənin istənilən sahəsində o cümlədən dizlərdə qabıqlanma verə bilər.

Dəmrov xəstəliyinin çoxlu növləri var. Onlardan ən ciddi olanı pullu dəmrov xəstəliyidir. Digər, elmi adı psoriaz olan bu xəstəlik əsasən dizlərdə qızartılar şəklində göstərir. Psoriaz xəstəliyi dirskəklərdə qaşıntılı qızartılar formasında da başalaya bilər. Bəzi pullu dəmrov xəstələrində qabıqlı qaşıntılı qızartılar eyni anda həm dizlərdən, həm də dirsəklərdən başlaya bilər.

Dirsəkdə qabıqlanma hər zaman pullu dəmrov səbəbindən yaranmır. Kontakt dermatitlər də dirsəklərdə qabıqlanma yarada bilər. Bəzi nadir dəri xəstəlikləri dirsəklərdən başlanğıc götürərək bədənin digər sahələrinə yayıla bilir. Dirskəklərdə yaranan dəri problemləri geniş sepktrə sahib olduğu üçün səbəbi təyin etmək üçün mütləq peşəkar dermatoloq rəyi lazımdır. Dermatoloq həkim dirsəkdə qabıqlanma səbəbini təyin etmək üçün xəstədən əlavə olaraq laborator, radioloji, histopatoloji, mikrobioloji testlərdən keçirdə bilər.

Dəri biopsiyası dirsəkdə qabıqlanma səbəbini təyin etmək üçün tez-tez müraciət edilən diaqnostik metoddur. Allergik dəri xəstəlikləri də dirsəklərdə qabıqlı qızartılar verə biləcəyi üçün əlavə olaraq allergik dəri sınaqları da verilə bilər. Lakin, unutmaq lazım deyil ki, dirsək qabıqlanmasının səbəbi nə olursa-olsun müalicəsi vardır. Dirsəkdə qabıqlanmaların müalicəsi əksər hallarda uzunmüddətli olur. Davamlı qaydada dəriyə qulluq və mütəmadi məlhəmlərin sürtülməsi məsləhət edilir. Lakin, göbələk, bakterial və digər infeksioz səbəblərdən yaranan dirsək qabıqlanmaları tam sağala bilir. Diz və dirsək qabıqlanmaları çarəsiz deyil. Müalicə üsulları vardır.

Milli.Az


Etiketlər:  Dirsəklərdə qabıqlanmanın səbəbləri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ