Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 21:12
Yeni doğulanlarda, körpələrdə qeydə alınan bir çox əlamətlər xəstəlik görüntüsü sayılır. Bir çox əlamətlər ailələrdə həyəcana səbəb olur. Və hətta bəzən bununla bağlı yanlış müalicələr də aparılır. Həkim-pediatr Günay Rəslova körpələrdə xəstəlik kimi qəbul edilən bir çox əlamətlərin tamamilə normal hal olduğunu və heç bir müalicə tələb etmədiyini deyib. Və bu əlamətlərin siyahısını açıqlayıb.
Sonxeber.net e-tibb.az-a istinadən həmin siyahını təqdim edir:
Əl ayaq tərləməsi
Başın isti olması
Körpələrin dilini tez-tez çölə çıxarması
Başda tərləmə
Ağızdan çox su axma
Körpənin əlinə keçən hər şeyi ağzına aparması
Körpələrdə tez- tez səksənmə, diksinmələr
İlk aylarda yuxusuzluq və ya yuxu rejimsizliyi
İlk 3 ayda ağlama krizləri
İlk 6 ay gecə yeməyə oyanmaları (ana südü yeyən uşaqlarda)
İlk aylarda gündə 6-7 dəfəyə qədər olan nəcis ifrazı və ya əksinə 3-4 gündə bir hətta həftədə 1 dəfə olan nəcis ifrazı
Diş çıxmanın 14 aya qədər gecikməsi
İlk 3 ay körpənin ağlayarkən ağız ətrafı göyərmənin olması
Körpənin göz qapağında, alnında, ənsə arxasında qırmızı ləkələrin olması
Sol qola vurulmuş BSJ peyvəndin yerinin 2 ayınadək qızarıb şişməsi
Yenidoğanda 20 gününə qədər çəkən, zəif hiss edilən sarılığın olması
Sərbəst yerimənin 17 aya qədər uzanması
Əmgəyin ölçüsünün balaca olması (baş çevrəsi normal böyüyürsə)
Əmgəyin 18 aya kimi açıq qalması (kalsium lazım deyil)
Təzə yeriməyə başlamış uşaqlarda fizioloji ayaq əyilmələri (masaj və kalsiuma ehtiyac yoxdur)
İlk 3 yaş uşaqlarda pəncənin yastı olması (ortopedik ayaqqabı və ya masaj lazım deyil )
İlk 2-3 yaş uşaqlarda gecə oyanmaları
Körpənin əmərkən, ağlayarkən, böyük uşaqların qaçarkən tərləməsi
3 ayında körpənin əlində ayağında soyumaların olması
Peyvənddən sonra ilk 3 gün hərarətin, narahatlığın və yerli qızarıqlıq və şişkinliyin olması
İlk 6 ay hər qidalanma sonrası körpənin yediyinin az bir hissəsinin qaytarması
Körpənin əynini dəyişdirərkən, xüsusilə üşüdüyündə dərisinin mərmər kimi olması (hipoksiya deyil)
Körpə nəfəs alarkən xırıltılı səsin eşidilməsi (timus deyil)
Müayinəsi normal uşaqlarda döş sümüyünün azca qabarıq və ya batıq olması, qabırğasının qabarıq olması
İlk aylarda müayinəsi normal uşağın nəcisinin yaşıl olması
İlk aylarda oğlan uşaqlarında xayada mayenin olması və cinsiyyət üzvü dəri qırışları arasına ağ smeqma maddəsinin yığılması (duz deyil)
Butun bu hallar körpələr üçün tamamilə normal hallardır.