Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 15:48
Ermənistan azyaşlıları hərbi əməliyyatlara cəlb edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu, beynəlxalq konvernsiyaların kobud şəkildə pozulmasıdır: "Ermənistan hərbi əməliyyatlarda bir sıra cinayətlərə əl atıb. Bunlardan biri də uşaqların hərbi əməliyyatlara cəlb edilməsi, bu əməliyyatlarda uşaq əməyindən istifadədir. Ermənistan bu cür cinayətləri Azərbaycan uşaqlarına qarşı da törədib. Xocalıda bu proses körpələrimizə qarşı həyata keçirilib. Cəbhəyanı ərazilərdə 50-dən artıq orta məktəbə ziyan dəyib və dağılıb. Ermənistan və qondarma rejim Azərbaycanın işğal altındakı ərazilərin birində uşaq bağçasında hərbi qərargah yaradıb. Onlar hərbçiləri həmin yerə cəlb edirlər. Gəncə, Bərdə və digər şəhərlərdəki təcavüzlərdə 11 azyaşlı uşağa qarşı cinayət törədilib".