Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karyerasını bərpa edən Robben yenə zədələndi

Karyerasını bərpa edən Robben yenə zədələndi

Tarix: 4 Noyabr 2020 17:06

Niderlandın "Qroningen" klubunun futbolçusu Aryen Robben qarşıdakı oyunlarda da komandasına kömək edə bilməyəcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ən azı dekabrın əvvəllərinə qədər yaşıl meydanlardan kənarda qalacaq. Niderland çempionatının ilk turunda PSV ilə görüşdə xəsarət alan Robbenin fərdi plan üzrə məşq keçəcəyi bildirilir.

Qeyd edək ki, ötən il karyerasını bitirən Aryen Robben bir ildən sonra yenidən futbola qayıdaraq "Qroningen"lə anlaşıb. O, zədəsini yenicə sağaltmışdı.


Etiketlər:  Karyerasını bərpa edən Robben yenə zədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ