Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 23:27
Vaşinqton Universitetinin Tibb Fakültəsindən bir qrup tədqiqatçı COVID-19 infeksiyasından bədənin hansı hissəsinin təsirsiz qaldığını öyrənib.
Sonxeber.net xəbər verir ki, alimlərin tədqiqatının nəticələri "Cell Reports"da dərc olunub. Aparılan tədqiqatların nəticələrinə görə, yalnız gözün buynuz qişası virusa müqavimət göstərə bilər.
Alimlər 25 insanın və siçanların buynuz qişasından istifadə edərək sınaq keçiriblər. Orqanlara HSV-1, Zika virusu və SARS-CoV-2 yoluxdurulub. Nəticələr göstərib ki, koronavirus buynuz qişada çoxalmır.
Tədqiqatın aparıcı müəllifi Conatan Mayner bildirib ki, buynuz qişasının koronavirusa reaksiyasına nəyin səbəb ola biləcəyi bu anda hələ naməlum olaraq qalır. Mütəxəssis onu da istisna etmir ki, bu cür müdafiə epiteliyasında ifraz olunan III tip interferonlar tərəfindən təmin edilir. (publika.az)