Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 08:42
Araşdırmalar Qədim Çin və Hindistanda imnokulyasiyanın (indiki peyvəndləşmə) həyata keçirildiyini sübut edib. İlk peyvənd Çiçək xəstəliyi zamanı tətbiq edilib.
Tarixi faktlar 3000 min il əvvəllər daha təhlükəli xəstəliklərin baş verdiyini qeyd edir. Bu xəstəliklərdən isə 55% uşaqlar, 25% isə böyüklər həyatını dəyişib.
İlk peyvənd edilmə haqqında maraqlı faktlar var. Onun ilk dəfə ingilis həkimi Eduard Jenner tərəfindən tətbiq edildiyi söylənilir. Jenner xəstəliyə yoluxmuş insanın bu xəstəliyi bir daha keçirməyəcəyinə əmin olduğu üçün peyvənd edilməni kəşf etmişdir. O epidemiyanın qarşısını almaq üçün çiçək xəstəliyinin törədicisini zəiflətməklə insanları yoluxdurmuş və faydasını görmüşdür. İlk dəfə vaksinasiya uşağa tətbiq edilmiş və yarım ay sonra onun badamcıqlarının şişkinləşdiyi görülmüşdür, amma, uşaq xəstəliyə yoluxmamışdır. Həkim iki il ərzində bu eksperimenti 23 dəfə həyata keçirdikdən sonra qəti qənaətə gəlmişdir.
İlk dəfə kütləvi surətdə peyvəndləşmə 1805-ci ildə İngiltərə ordusunun əsgərlərinə tətbiq edilib. Rusiyada isə ilk peyvənd 1801-ci ildə Anton Petrova vurulub və bunun şərəfinə oğlanın familiyası dəyişdirilərək Vaksinov olub.
Müasir tibbdə aşağıdakı xəstəliklər peyvənd edilir:
* polimielit
* qızılca
* göy öskürək
* difteriya
* B hepatiti
* tetanus.
1980-cı ildə Ümumdünya Səhiyyə Təskilatı(ÜST) peyvəndləşmənin xəstəliklər üzərində qələbə olduğunu təsdiq etmişdir.
2007-ci ildə Amerikada uşaqlıq yolunun xərçəng xəstəliyinin peyvənd yolu ilə qaşısının alınması istiqamətində nəaliyyət qeydə alınıb. Xəstəliyin əmələ gəlməsində insan papillomavirusunun səbəb olduğu aşkar edilmiş və bu virusun peyvəndi hazırlanıb əldə edilmişdir.
Anesteziya haqqında maraqlı faktlar
Anesteziya cərrahi əməliyyatlar zamanı vacib sayılan ünsürlərdən biridir. Əməliyyatlar zamanı tətbiq edilən anesteziyaların əsasını efir təşkil edir. İlk dəfə efirin tətbiq edilməsini həkim və kimyaçı Parasels kəşf edib. Bu 1525-ci ildə ilk dəfə həyata keçirilib.
Efir narkozu kəşf edilənə qədər anesteziya məqsədilıə taxta çəkicdən istifadə edilib. Qədim zamanlarda əməliyyat olunacaq xəstənin başına taxta çəkiclə vuraraq onu hərəkətsiz hala gətirirlərmiş.
1797-ci ildə isə Britaniya kimyaçısı Hemfri Devi (Humphry Davy) anesteziya üçün azot qazının istifadə olunması fikrini irəli sürüb. Azot qazı tibbdə "güldürücü qaz" kimi tanınır. Bu qazı qoxulamaq insanın əhval-ruhiyyəsini qaldırır.
Azot qazının anesteziya vasitəsi kimi kəşfindən 21 il sonra 1818-ci ildə Maykl Faradey anesteziya məqsədilə eyforiya yaradan, ağrıkəsici və yuxugətirici kükürd efir qazının, azot qazından daha üstün olduğu barədə "Quarterli Journal of Science and the Arts Miscellanea" jurnalında məlumat dərc etdirmişdir.
Insan orqanizmi barədə maraqlı faktlar.
İnsan orqanizmində 1000 mq parazit və mikrob yaşayır.
İnsanın intellekti nə qədər yüksək olarsa onun beyin xəstəliklərinə yaxalanma riski bir o qədər az olur. Beynin beyin toxumalarının aktiv olması xəstəlikləri kompensasiya edir.
Ən yüksək bədən tempraturu 1980-cı ilin 10 iyulunda qeydə alınmışdır. Bu "Qreydi Memorial" hospitalında (Atlanta, Amerika) günvurmadan müalicə alan 52 yaşlı Ulli Consda olmuşdur. Consda 46,5* C temprastur qeyd edilmişdir. Pasiyent 24 gün sonra evinə buraxılmışdır.
İnsan böyrəyində milyondan çox mikroskopik axar var. Bunların ümumi uzunluğu isə 65 kilometrdir.
İnsanın qaraciyəri spirtli içkini saat 18-20 arasındakı müddətdə həzm edə bilmək qabiliyyətinə malikdir.
İngiltərəli Linn Bezant 1999-cu ildə 56 yaşı olarkən əkiz uşaq dünyaya gətirmişdir. 1997-ci ildə isə 60 yaşlı İngiltərə sakini uşaq dünyaya gətirmişdir. Hər iki doğum hadisəsi süni mayalanma ilə həyata keçirilmişdir.
Hollandiyalı Vima Xof şaxtalı havada paltarsız dayanır və buzlu suda üzə bilir. 2008-ci ildə o uzun müddət alt paltarı ilə buzun içərisində dayanmışdır. Tibb elmi bunun sirrinin indi də aydınlaşdıra bilmir.
İnsan gözü haqqında maraqlı faktlar.
İnsan gözü haqqında ən maraqlı fakt müasir tibbin göz transplantasiyanının qarşısında acız dayanmasıdır. Belə ki, bir insanın gözünü digərinə köçürmək mümkün deyil. Bunun səbəbi isə göz almasında olan sinir uclarının baş beyinlə əlaqədar olmasıdır.
Hıçqırıq barədə faktlar.
Ən uzunmüddətli hıçqırıq Çarlz Osbornda meydana çıxmışdır. O 68 il hıçqırmışdır. Müasir tibb elmi uzunmüddətli hıçqırmanın hansı səbəblərdən meydana çıxdığını aydınlaşdıra bilməyib. Tibb Mirapeks PD dərmanı qəbul edənlər də hıçqırığın hansı səbəblərdən baş veridiyinin səbəbini tapa bilmir.
Məsuliyyətdən imtina etmək.
Tibb haqqında olan maraqlı faktlardan biri də dərman qutularının içərisində qəbul qaydaları haqqında olan təlimat kağızı barədədir. Bu kağızlarda dərmanı qəbul edən zaman mütəxəssislə məşləhətləşmək tövsiyə edilir. Bunu yazmaqda məqsəd isə dərman qəbulu zamanı idxalçıların məsuliyyəti boyunlarından atmalarıdır. Buna görə də tam tibbi yardım almaq üçün sərbəst şəkildə dərman qəbul etmək lazım deyil. Müalicə almaq istəyən zaman ixtisaslaşmış həkimə müraciət etmək və həkimin tövsiyə etdiyi dərmanları qəbul etmək lazımdır.