Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 09:20
Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur: H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi - Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var.